Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz rayon Heydər Əliyev Mərkəzinin və Mərkəzi Kitabxananın birgə təşkilatçılığı ilə Kəlbəcərin işğaldan azad olunmasının ikinci ildönümü ilə bağlı “Kəlbəcərim azad yurdum” adlı dəyirmi masa təşkil edildi

25.11.2022

25 noyabr 2022-ci il tarixində Tovuz rayon Heydər Əliyev Mərkəzinin və Mərkəzi Kitabxananın birgə təşkilatçılığı ilə Kəlbəcərin işğaldan azad olunmasının ikinci ildönümü ilə bağlı “Kəlbəcərim azad yurdum” adlı dəirmi masa təşkil edilib.

 Çıxışlar zamanı bildirilib ki, Kəlbəcərin azad olunması BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin Azərbaycan dövləti tərəfindən icrasının təmin edilməsi deməkdir. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğal edilmişdi. Həmin dövrdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsiz və xəyanətkar siyasəti rayonun işğalına şərait yaradıb. Bu gün Kəlbəcəri tərk edən erməni əhalisi 1993-cü ildə rayonun işğalından sonra orada qeyri-qanuni məskunlaşıb. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən işğalçı Ermənistan Kəlbəcər ərazisində ermənilərin fəal məskunlaşdırılmasına başlayıb. Qeyri-qanuni yaşadıqları əraziləri - Azərbaycan torpaqlarını tərk edən ermənilər təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla bütün əşyalarını götürüblər. Azərbaycan Ordusu onlara ərazini tərk etmək üçün bütün şəraiti yaradıb. Buna baxmayaraq, Kəlbəcər həm də XXI əsrdə erməni vandalizminin əyani nümunəsinə çevrilib. Ermənilər buranı tərk edərkən evləri yandırıb, vandallıq edib, meşələrə od vuraraq, suları çirkləndirərək ekoloji fəlakət törədiblər.

Çıxışlarda eyni zamanda, rayonun tarixi, amansız şəkildə işğal olunması, erməni terrorçularının rayonu yerlə-yeksən etmələri və maddi-mədəniyyət nümunələrini dağıtmaları və işğaldan sonra mövcud vəziyyət haqqında məlumat verilib