Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz rayon Tarix-Diyarşünaslıq Muzeyində ”Vətən torpağından pay olmaz” adlı dəyirmi masa keçirildi

25.11.2022

25 noyabr 2022-ci il tarixində Tovuz rayon Tarix-Diyarşünaslıq Muzeyində Kəlbəcərin işğaldan azad olunması ilə əlaqədar "Vətən torpağından pay olmaz" adlı dəyirmi masa keçirilib.

 Tədbir Şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanılıb . Daha sonra çıxış edən muzeyin direktoru Günel Qasımova Kəlbəcərin yağı düşmənlər tərəfindən 1993- cü il 2 aprel tarixində işğal olunduğu, əhalisinə işgəncələr verildiyini qeyd etdi. Daha sonra çıxışını 2020-ci il 27 noyabr tarixində qüdrətli və güclü ordumuz tərəfindən Kəlbəcərin yağı tapdağından azad olunması ilə davam etdirdi. 

 Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Və buna görə də Kəlbəcərin Azərbaycan tarixində, həmçinin mədəniyyətində necə böyük rolu olduğunu da qeyd edib.