Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbində Görkəmli bəstəkar, ictimai xadim, Azərbaycan Respublikasının Xalq artisti, Dövlət Mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Fikrət Əmirovun 100 illik yubileyi qeyd edildi

25.11.2022

Noyabrın 25-də Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbində Görkəmli bəstəkar, ictimai xadim, Azərbaycan Respublikasının Xalq artisti, Dövlət Mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Fikrət Əmirovun 100 illik yubileyi qeyd edilib.

Yubiley tədbiri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 15 mart tarixli Sərəncamına uyğun olaraq keçirilib.

Məktəbin nəzəriyyə şöbəsinin müdiri Aydan Mustafayeva çıxışında qeyd edib ki, yaradıcılığı xalq mahnıları və muğamlarla sıx bağlı olan dünya şöhrətli bəstəkarın əsərləri sırasına simli alətlər orkestri üçün yazılmış ilk milli simfoniya, müasirlik mövzusuna həsr olunmuş ilk lirik opera, ilk fortepiano sonatası və dünya musiqi ədəbiyyatında ilk və yeni olan janr üslubu ilə yazılmış simfonik muğamlar daxildir.

Tədbirin rəsmi hissəsindən sonra bəstəkarın mahnılarından ibarət kosert proqramı baş tutub.