Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Mərkəzi Kitabxanasında “Qanları ilə tarix yazanlar - “Öncə Vətən” deyənlər!” adlı videoçarx nümayiş etdirildi

25.11.2022

25 noyabr 2022-ci il tarixində Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi Kitabxanasının oxu zalında “Qanları ilə tarix yazanlar- “Öncə Vətən” deyənlər!” adlı videoçarx nümayiş etdirib, kitab sərgisi təşkil edib. Bir qrup tələbə, fəal oxucu və kitabxana əməkdaşlarının iştirak etdiyi tədbir Şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Videoçarxda doğum günləri noyabr ayında olan Abdullayev Sərxan Elxan oğlu, Həmişəyev Qismət Oruc oğlu, Mustafayev Merik Musa oğlu, Qocayev Niftalı Zakir oğlunun qısa və şərəfli ömür yolları əks olunub. Nümayiş zamanı “Azərbaycan bayrağı” ordenli, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş hərbçi ailəsində anadan olan, idmançı olmaqla yanaşı, hərbi paltarı çox böyük həvəslə geyinib, şəstlə yeriyərək Türkiyədə keçdiyi “Komando” kursunu 3-cü dərəcəli nəticə ilə başa vuran, gizir rütbəli Abdullayev Sərxan Elxan oğlunun Vətən müharibəsi başlayanda intiqam hissi ilə döyüşə atılıb, Kəlbəcər istiqamətində dalbadal dörd postun alınmasında qəhrəmanlıqla vuruşaraq Şəhid olduğunu; 13 yaşından atasız böyüyən, erkən yaşdan ailənin ömür yükünü çəkən, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş leytenant Həmişəyev Qismət Oruc oğlunun Qarabağın düşməndən azad olunması uğrunda motoatıcı tağımın komandiri kimi mərdlik, qəhrəmanlıq göstərib Şəhid olduğunu; çevik, qorxmaz, mərdliyi ilə daim fərqlənən, təhlükəli əmrləri layiqincə yerinə yetirən Füzuli – Cəbrayıl istiqamətində gedən döyüşlərdə igidliklə vuruşaraq Şəhid olan, “Vətən uğrunda”,“Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Mustafayev Merik Musa oğlunun; 

evin tək oğlu, yaşıdları arasında qorxmaz, mərd, mübariz kimi tanınan, müharibə zamanı həmişə öndə olan həmlə bölüyünə birinci yazılan, qorxunun üzünə dik baxan, Xocavənddə qızğın döyüş zamanı qəhrəmancasına Şəhid olan, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Hərbi xidmətlərinə görə” medalları ilə təltif olunan Qocayev Niftalı Zakir oğlunun qısa və şərəfli ömür yolları dərin hüzn və qürur hissi ilə izlənilib. Tədbir iştirakçıları ilə Kəlbəcərin azad olunmasına həsr olunmuş kitab sərgisi ətrafında diskussiya keçirilib.