Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa rayon Hüseyn Arif Ev Muzeyi və Ağstafa Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları şagirdlərə ”Azərbaycanda uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən mexanizm günü-gündən təkmilləşir” mövzusunda şagirdlərə maarifləndirici məruzə ilə çıxış etdilər

25.11.2022

25 noyabr 2022-ci il tarixində Ağstafa rayon Hüseyn Arif Ev Muzeyi və Ağstafa Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları "Uşaqlara dair strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı"nın təsdiq edilməsi ilə bağlı Ağstafa rayon 1 saylı tam orta məktəbində "Azərbaycanda uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən mexanizm günü-gündən təkmilləşir" mövzusunda şagirdlərə maarifləndirici məruzə ilə çıxış ediblər.

Məruzələrdə qeyd olunub ki, uşaq hüquqlarının tam təmin edilməsi, problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Son illərdə uşaqların hüquqların müdafiəsi, sağlamlığının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təhsil alması üçün ölkədə bir sıra tədbirlər həyata keçirilir.