Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbində ”Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər Fəaliyyət Planı”nın təsdiq edilməsi ilə bağlı tədbir keçirildi

26.11.2022

26 noyabr 2022-ci il tarixində Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbində "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər Fəaliyyət Planı"nın təsdiq edilməsi ilə bağlı tədbir keçirildi.

 Tədbiri məktəbin direktoru Çiçək Maşayeva giriş sözü ilə açaraq ölkəmizdə uşaqlara qayğının dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu bildirdi. Qeyd etdi ki, Azərbaycan müstəqillik qazandıqdan sonra Uşaq Hüquqları haqqında qanunda bir sıra əlavələr edilmişdir. Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, onların şəxsiyyət kimi formalaşması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edən Çiçək Maşayeva onu da nəzərə çatdırdı ki, dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Təsadüfi deyil ki, Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizin qoşulduğu ilk beynəlxalq sənədlərdən biri “Uşaq Hüquqları haqqında Konvensiya”dır.

   Tədbirin davamında məktəbin tədris işləri üzrə direktor müavini Rövşanə Lətifova bildirdi ki,   əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət uşaq siyasəti hazırda milli strategiyaya çevrilib. Bu gün Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin başlıca prinsipləri uşaqların keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, yüksək mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasıdır.

Tədbir şagirdlərin çıxışları ilə davam etdirildi.