Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz rayon Mərkəzi Kitabxanasında ”Qadın zorakılığına qarşı mübarizə günü” ilə əlaqədar dəyirmi masa təşkil edildi

28.11.2022

Noyabrın 28-də Tovuz rayon Mərkəzi Kitabxanasında Qadın zorakılığına qarşı mübarizə günü ilə əlaqədar "Qadınlara qarşı zorakılığa son!" mövzusunda dəyirmi masa təşkil edilib.

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, məişət zorakılığının ən geniş yayılmış formalarından biri də qadınlara qarşı zorakılıqdır və bu da öz növbəsində psixoloji, fiziki, seksual zorakılıq və digər formalarda özünü büruzə verir. Zorakılığa məruz qalmış şəxs zorakılığın yeganə qurbanı deyil, həmçinin zorakılıq onun ailə üzvlərinə, ətrafına habelə cəmiyyətin özündə ümumi mühitə mənfi təsir göstərən haldır. Buna görə də zorakılığı törədən şəxslər qanunla cəzalandırılmalıdır. Qadınlara qarşı zorakılığın qarşısının alınması və bərabərliyin təmin edilməsi cəhdləri həm beynəlxalq sənədlər həm də Azərbaycan Respublikasının milli qanunvericiliyi ilə dəstəklənir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasında qadınlar və kişilər arasında bərabərlik, hər kəsin hüquq və azadlıqlarının qorunması öz əksini tapıb.

Sonra iştirakçılar mövzu ilə bağlı öz fikirlərini bildiriblər.