16.11.2017
16 noyabr 2017-ci il tarixdə 10:00-dan E. Hüseynov adına Mərkəzi kitabxana 17 noyabr- Milli Dirçəliş Gününə həsr olunmuş “Şərəfli tarixin başlanğıcı” adlı “Açıq kitabxana” xidməti təşkil edib. “Şərəfli tarixin başlanğıcı”, “Müstəqilliyimizin parlaq səhifəsi”, “Dövlətin Ali Qanunu”, “Bir adın var: Fövqəlbəşər”, “Yeni kitablar”, “Əziz oxucum, Məni oxu” başlıqda sərgidə 250-ə yaxın kitab nümayiş olunub. Gün ərzində davam edən tədbirdə 81 nəfər iştirak edib və kitabxanaya yeni oxucular cəlb olunub.
Tədbirdə iştirak edənlərlə söhbətdə MKS-nin direktoru Solmaz Babanlı qeyd edib ki, 1988- ci ilin 17 noyabrında Azərbaycan xalqı milli birliyini, əzmini sübut etmək üçün meydanlara axışdı. Öz haqqı, azadlığı və torpaqlarına sahib çıxmaq istəyən xalqımız bu müqəddəs ideallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş etdirildi.