Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa rayon Mədəniyyət müəssisələrinin işçiləri ilə seminar müşavirə keçirildi.

15.08.2018

Seminar müşavirədə Ağstafa Regional Mədəniyyət İdarəsinin gördüyü işlər, 20.08.2018-ci il tarixdə Mədəniyyət naziri cənab Əbülfəs Qarayevin Qazax şəhərində vətəndaşları qəbulu zamanı verilən tapşırıqlar, Monitorinq qrupu müəssisələrə baxış keçirən zaman işçilərin işə dəvamiyyəti, keçirilən tədbirlərin sənədləşməsi, müəssisələrin texniki vəziyyəti və.s aşkar olmuş nöqsan və çatışmazlıqlar barədə, 10.08.2018-ci il tarixdə Tovuz rayonunda keçirilmiş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı haqqında və avqust ayında qarşıda duran vəzifələr barədə İdarənin rəisi Ramiz Quliyevin çıxışı dinlənildi. Daha sonra İdarənin məsləhətçisi Pəri Məmmədovanın may, iyun və iyul aylarında keçirilmiş tədbirlər və görülmüş işlər barədə hesabat çıxışı dinlənildi.