13.08.2018
13 avqust 2018-ci il tarixdə Prezident İlham Əliyevin mayın 17-də görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinin keçirilməsi haqqında Sərəncamına əsasən Qazax rayon Heydər Əliyev Mərkəzində Mikayıl Müşviqin “Ədəbiyatımızın nəğməkar şairi” başlıqlı tədbir keçirilmişdir.Tədbirdə Qazax rayon Bala Cəfərli və Böyük Cəfərli kənd məktəbliləri, onların müəllimləri iştirak etmişdirlər. İlk olaraq məktəblilərə Mikayıl Müşviqin həyat və yaradıcılığıhaqqında ətraflı məlumat verilərək bildirilmişdir ki,-"M.Müşfiq ədəbiyyatımızın həmişə gənc olaraq qalan, nəğməkar şairidir.Onun həyat tarixçəsi qısa olsa da çox səmərəli olmuş, Azərbaycan tarixində, ədəbiyyatında özünə məxsus iz qoyub gedə bilmişdir.O, bir gənc şair olaraq yaddaşlarda çılğın, romantik, xəyallar dünyasında qanadlanan bir gənclik şairi kimi qalacaq." Sonra Muzeyin işçiləri gənc və nəğməkar şair haqqında öz fikirlərini bildirmişdirlər.Sonra söz məktəblilərə verilmişdir. Cəfərli kənd məktəbliləri şairin şerlərindən və poemalarından ibarət şer çələnglərini tədbir iştirakçılarına təqdim etmişdirlər. Tədbir Mikayıl Müşviqə həsr edilmiş kino filmin nümayişi ilə sona çatdırılmışdır.