19.01.2023
19 Yanvar 2023-cü il tarixində Tovuz Tarix-Diyarşünaslıq Muzeyinin və A.S. Puşkin məktəbinin birgə təşkilatçılığı ilə 20 Yanvar Hüzn Günü ilə bağlı "20 Yanvar - tariximizin qürur və şərəf səhifəsidir" mövzusunda tədbir keçirilib.
Tədbirdə 20 Yanvar faciəsinin tarixi və təfərrüatları barədə çıxışlara yer verilib. Şagirdlərə bu günün Azərbaycan Respublikasının tarixində böyük önəm kəsb etdiyi və heç vaxt unudulmamalı olduğu bildirilib.