Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”20 Yanvar - tariximizin qürur və şərəf səhifəsidir” mövzusunda tədbir keçirildi

19.01.2023

19 Yanvar 2023-cü il tarixində Tovuz Tarix-Diyarşünaslıq Muzeyinin və A.S. Puşkin məktəbinin birgə təşkilatçılığı ilə 20 Yanvar Hüzn Günü ilə bağlı "20 Yanvar - tariximizin qürur və şərəf səhifəsidir" mövzusunda tədbir keçirilib. 

 Tədbirdə 20 Yanvar faciəsinin tarixi və təfərrüatları barədə çıxışlara yer verilib. Şagirdlərə bu günün Azərbaycan Respublikasının tarixində böyük önəm kəsb etdiyi və heç vaxt unudulmamalı olduğu bildirilib.