Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa rayon Mədəniyyət Mərkəzində ”Müstəqilliyə aparan yol” adlı tədbir keçirildi

19.01.2023

19 yanvar 2023-cü il tarixində Ağstafa rayon Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar "Müstəqilliyə aparan yol" adlı tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Mədəniyyət Mərkəzinin foyesində nümayiş olunan Qanlı Yanvar hadisələri ilə bağlı rəsm və kitab sərgisi ilə tanış olublar.

Tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxışlar zamanı Qanlı Yanvar hadisələri zamanı xalqımızın başına gətirilən müsibətlərdən və Azərbaycan xalqının azadlıq mübarizəsindən danışılıb. Qeyd olunub ki, 20 Yanvar faciəsinə, xalqımıza qarşı törədilən bu qanlı və qəddar aksiyaya məhz ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycana hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verilib.

 Tədbirdə 20 Yanvar həqiqətlərini əks etdirən slayd və videoçarx, Ağstafa Gənclər evinin könüllülərinin iştirakı ilə ədəbi-bədii kompozisiya nümayiş olundu.