Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz rayon Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbində “20 yanvar – Qanlı yanvar” mövzusunda tədbir keçirildi

19.01.2023

Yanvarın 19-da Tovuz rayon Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbində 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar “20 Yanvar – Qanlı Yanvar” mövzusunda tədbir keçirilib. Öncə ölkəmizin ərazi bütövlüyü, azadlığı və suverenliyi uğrunda canlarını qurban verən, o cümlədən 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törədilən qanlı faciə zamanı həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Giriş nitqi ilə çıxış edən məktəbin direktoru Xəyal Nağıyev 20 Yanvar faciəsinin tariximizin şərəf və qəhrəmanlıq səhifəsi olduğunu vurğulayıb. O qeyd edib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu Bakıda xüsusi qəddarlıq və görünməmiş vəhşiliklər törədib. Buna baxmayaraq, xalqın iradəsini sarsıtmaq və azadlıq uğrunda mübarizəsini dayandırmaq mümkün olmayıb. Nəticədə ölkəmiz tezliklə öz müstəqilliyinə qovuşub.

Tədbirdə həmçinin, Düz Qırıqlı kənd körpələr evi –uşaq baxçasının müdiri Afət Cəfərova, məktəbin müəllimləri - Sevda Məmmədova, Murad Məmmədov, Arifə Umudova, Aidə Mehdiyeva, Amalya Məmmədova mövzu ətrafında çıxışlar ediblər.