Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xocalı faciəsi tarixdə misli bərabəri olmayan, insanlığa sığmayan bir qətliamdır

24.02.2023

24 fevral 2023-cü il tarixində Ağstafa rayon Mərkəzi Kitabxanasının və YAP Ağstafa rayon Təşkilatının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş “Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Xocalı faciəsi qurbanlarının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə YAP Ağstafa rayon Təşkilatının sədri Etibar Hacıyev çıxış edərək bildirib ki, Xocalı faciəsi tarixdə misli bərabəri olmayan, insanlığa sığmayan bir qətliamdır. Ötən əsrin 90-cı illərində Azərbaycan xalqına qarşı törədilən bu soyqırımı aktı heç vaxt xalqımızın yaddaşından silinməyəcək: “Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət!” kampaniyası çərçivəsində həyata keçirdiyi təbliğat kampaniyası çərçivəsində keçirilən tədbirlər nəticəsində Xocalı soyqırımı barədə həqiqətlər dünya ictimaiyyətinə çatdırılır. Bizim vəzifəmiz belə qətliamların unudulmaması və yaddaşlarda qalması üçün daima geniş təbliğat işləri aparmaqdan ibarətdir.

Tədbirdə çıxışlar zamanı vurğulanıb ki, Xocalı faciəsinin qurbanları ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda da hər bir azərbaycanlı tərəfindən dərin hüznlə yad edilir. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı törədilən qanlı qətliam nəticəsində, 613-dən artıq dinc sakin məhz azərbaycanlı olduğuna görə qətlə yetirilib, 150-ə yaxın insan itkin düşüb, 1275-dən artıq insan isə girov götürülüb.