Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz rayon Mərkəzi Kitabxanasında xalq yazıçısı Anarın əsərlərinin biblioqrafik icmalı təşkil edildi

14.03.2023

Martın 14-də Tovuz rayon Mərkəzi Kitabxanasında xalq yazıçısı, Əməkdar incəsənət xadimi, Yazıçılar Birliyinin sədri Anarın anadan olmasının 85 illiyi ilə əlaqədar yazıçının əsərlərinin biblioqrafik icmalı təşkil edilib.

Çıxış edənlər yazıçının "Gün keçdi", "Beşmərtəbəli evin altıncı mərtəbəsi", "Ağ liman", "Keçən ilin son gecəsi ", "Dədə Qorqud", "Otel otağı"," Söz dünyası" və başqa əsərləri barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər.