Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafada fəaliyyət göstərən mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Novruz şənliyi keçirildi

15.03.2023

15 mart 2023-cü il tarixində Ağstafa rayon MKS, Ağstafa Tarix-Diyarşünaslıq Muzeyi, 1 saylı Folklor klubu və Hüseyn Arif Ev Muzeyinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş "Novruz dirçəliş və sevgi bayramıdır" adlı tədbir keçirilib. 

Tədbirdə mədəniyyət müəsisələrində çalışan əməkdaşlar, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

İlk öncə çıxış edən Ağstafa rayon MKS-nin direktoru Solmaz Nağıyeva Novruz bayramı münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək qeyd edib ki, varlığın yenidən canlanmasını müjdələyən Novruz sülh və əmin-amanlığın, insanlar arasında birlik və mehribanlığın carçısıdır. Tədbirdə milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyi iştirakçıların diqqətinə çatdırılıb. 

 

Bayram şənliyində şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar oxuyub, şeirlər söyləyib, maraqlı səhnəciklər nümayiş etdiriblər. Şagirdlərin ifasında milli rəqslər, xalq oyunları, Keçəl və Kosanın məzəli əhvalatları, Bahar qızının gəlişi tədbirə rəngarənglik qatıb. Tədbirdə bayram tonqalı qalanıb, tədbir iştirakçıları tonqal ətrafında yallı gediblər.