Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Aşıq Şəmşirin 130 illiyinə həsr olunmuş ”Dədə Şəmşir yaddaşlarda” mövzusunda tədbir keçirildi

15.03.2023

Martın 15-də Tovuz rayon Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyində Muzeyin və Tovuz rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Aşıq Şəmşirin 130 illiyinə həsr olunmuş "Dədə Şəmşir yaddaşlarda" mövzusunda tədbir keçirilib.

Tədbirdə Tovuz Tarix-Diyarşünaslıq muzeyi, Nizami adına Mədəniyyət Mərkəzi, Abulbəyli kənd kitabxana filialı əməkdaşları, eyni zamanda Aşıq Cahandar müəllim və şagirdləri, Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbinin şagirdləri iştirak edib.

Tədbirdə Aşıq Şəmşirin qeyri-adi səsinin və çalğısının saz-söz sərrafı olan Kəlbəcər ellərində yüksək dəyərləndirilməyindən, ustad sənətkarın orijinal ifaçılığının və şairliyinin heç kəslə müqayisə edilməyindən bəhs edilib. Həmçinin, Dədə Şəmşirin qələmə aldığı qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl və müxəmməslərlə Kəlbəcər ədəbi mühitininin, eləcə də yazılı və şifahi poeziyamızın ən önəmli cəhətlərini ustalıqla mənimsəyən söz sənətkarı kimi öz məktəbini yaratmağından , onun 40-dan artıq şəyirdi olduğundan məlumat verilib.

Tədbirin sonunda şagirdlər Aşıq Şəmşir yaradıcılığı ilə, kitabları ilə tanış olublar.