Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz rayon Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyində qədim tarixə və zəngin adətlərə malik Novruz bayramı qeyd olundu

16.03.2023

Martın 16-da Tovuz rayon Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyində qədim tarixə və zəngin adətlərə malik Novruz bayramı qeyd olunub. 

 

Tədbirdə çıxışlar zamanı Novruzun xalqımızın ən əziz bayramlarından biri olduğunu qeyd edilib. Bayramın ölkəmizdə dövlət səviyyəsində qeyd olunmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğu bildirilib. Diqqətə çatdırılıb ki, Novruz 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasında martın 21-i Beynəlxalq Novruz Günü elan olunub.Vurğulanıb ki, Müzəffər Ali Baş Komandanımız və qüdrətli Ordumuzun sayəsində artıq işğaldan azad edilən qədim yurd yerlərimizdə də tonqallar qalanır, ölkəmiz bu milli bayramı yüksək əhvali-ruhiyyə ilə qeyd edir. 

Muzeyin həyətində möhtəşəm Novruz tonqalı alovlandırılıb, iştirakçılar tonqal ətrafında dövrə vuraraq yallı rəqsi ediblər. 

Tədbir maraqlı konsert proqramı ilə davam edib.