Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Novruz milli bayramımızdır”

16.03.2023

16 mart 2023-cü il tarixində Tovuz rayon Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi və Tovuz rayon MKS-nin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş "Novruz milli bayramımızdır" adlı tədbir keçirilib. 

Tədbirdə çıxış edənlər iştirakçıları qədim tarixi ənənəsi olan milli bayramımız münasibətilə təbrik edib. Novruz bayramının xalqımızın milli adət-ənənələrini özündə əks etdirən ən qədim bayramlardan olduğunu qeyd ediblər.

Tədbirin davamında körpə fidanlar baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar ifa edib, şeirlər səsləndiriblər.