Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon ”N” saylı hərbi hissədə Novruz bayramı qeyd olundu

19.03.2023

19 mart 2023-cü il tarixində Qazax rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Qazax rayonunda yerləşən "N" saylı hərbi hissədə vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədi ilə əsgər və zabitlərimiz qarşısında "Bayramın mübarək , ey Vətən oğlu!" adlı bayram konserti təşkil edilib. 

Tədbir hərbiçilərimiz tərəfindən yüksək qiymətləndirilib.

Əsgər və Zabitlərimiz şən musiqi sədalları altında rəqslər ediblər.

Mədəniyyət Mərkəzinin kollektivi Hərbi Hissə Komandanlığı tərəfindən Fəxri Fərmanla təltif edilib.