Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz rayon Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbinin pedaqoji kollektivi Novruz bayramı ilə əlaqədar rayonda yerləşən ”N” saylı hərbi hissədə konsert proqramı ilə çıxış edib

21.03.2023

Tovuz rayon Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbinin pedaqoji kollektivi Novruz bayramı ilə əlaqədar rayonda yerləşən "N" saylı hərbi hissənin şəxsi heyəti qarşısında konsert proqramı ilə çıxış edib. Konsertdən öncə şəhidlərin əziz xatirəsi anılıb.

Tədbirdə məktəbin direktoru Xəyal Nağıyev çıxış edərək hərbiçiləri bayram münasibətilə təbrik edib, təşəbbüsün əsas məqsədinin əsgərlərin asudə vaxtının səmərəli təşkili, şəxsi heyyətin vətənpərvərlik ruhunun yüksəldilməsində yaxından iştirak etmək olduğunu bildirib.

Bayrama həsr olunan konsert proqramı məktəbin müəllim və şagirdlərinin ifasında rəngarəng musiqi nömrələri ilə davam etdirilib. Kosa ilə Keçəlin iştirakı əsgərlər tərəfindən böyük maraqla qarşılanıb.