Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Ölməz şair, ölməz əsər”

19.03.2023

19 mart 2023-cü il tarixində Qazax rayon M.P. Vaqif və M.V. Vidadinin Xatirə Muzeyinin əməkdaşları Azərbaycan poeziyasında öz dəsti- xətti olan dahi şair S.Vurğunun anadan olması ilə əlaqədar Qazax rayonunun Yuxarı Salahlı kəndində, Səməd Vurğunun Poeziya evini ziyarət etdilər, daha sonra M.P.Vaqif və M.V.Vidadinin Xatirə muzeydə "Ölməz şair, ölməz əsər" adlı tədbir keçirilib.

Tədbirdə çıxış edən muzeyin direktoru Məhruzə Hüseynova və bələdçisi Şamama Qocayeva uşaqdan-böyüyə hər kəsin onun şeirlərini əzbər bildiyini, Vətənin təbii gözəlliklərinin, zəhmətsevər insanlarının, dağının-daşının, bol məhsul verən tarlalarının, xariqələr yaradan qəhrəmanlarının şairin yaradıcılığında əks olunduğunu söyləyib.

 Şairin yaradıcılığının sadə olduğu qədər dərin, dərin olduğu qədər də bəşəri mahiyyət daşıdığı vurğulanıb. Dahi şair qısa bir zamanda tamamladığı “Vaqif” dramında Molla Pənah Vaqifin faciəli həyatını, şair böyüklüyünü, kamilliyini ustalıq və məhəbbətlə əks etdirib. O, “Vaqif” dramına görə ən ali mükafatlara layiq görülüb. Uzun illər teatr səhnələrində oynanılan bu dram tamaşaçıların böyük rəğbətini qazanıb.