Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa rayon Mədəniyyət Mərkəzində şair Xatirə Xəyalın ”Qisas” adlı kitabının təqdimat mərasimi keçirildi

25.03.2023

25 mart 2023-cü il tarixində Ağstafa rayon Mədəniyyət Mərkəzində şair Xatirə Xəyalın "Qisas" adlı kitabının təqdimat mərasimi keçirilib. 

Tədbirdə şəhid ailələri, şair Güləmail Murad, Tovuz Turan birliyinin üzvləri, mədəniyyət müəssisələrinin əməkdaşları, Ağstafa rayonunun yazarları və rayon ictimaiyyəti iştirak edib.

Tədbirdə ilk olaraq Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin aparıcısı sayir Saqif Qaratorpaq kitabın ərsəyə gəlməsində əziyyətinə görə Xatirə Xəyala minnətdarlığını bildirərək uğurlar arzulayıb. 

Qeyd edək ki, "Qisas" Xatirə Xəyalın çap olunan ikinci kitabıdır. Onun ilk kitabı 2022-ci ildə "Əsl şəhid anası mənəm" adlı kitabı çap olunub.

"Qisas" kitabında müəllifin bir insan taleyinin ağrılı-acılı, dəhşətli taleyinin ümidinə buraxılan bir körpənin, bir gəncin acı həyatından bəhs edilir.