Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”31 Mart - tariximizin faciəli səhifəsi”

28.03.2023

Martın 28-də Tovuz rayon Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyində 31 Mart Soyqırımına həsr olunmuş "31 Mart - tariximizin faciəli səhifəsi" mövzusunda tədbir keçirilib.

Tədbirdə Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbinin şagird və müəllimləri, Abulbəyli kənd kitabxana filialının əməkdaşları iştirak edib. 

Tədbir dövlət himnimizin ifası və faciə qurbanları xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxışlar zamanı 31 Mart Soyqrımının Azərbaycan tarixində, hətta dünya miqyasında erməni daşnaklarının törətdiyi bu cinayətlər kəskin tənqid edilərək, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında bu faciələrin anılması əhəmiyyətinin vacibliyi vurğulanıb.