31.03.2023
31 mart 2023-cü il tarixində Qazax rayon Mədəniyyət Mərkəzində 31 Mart - Azərbaycanlıların Soyqırım gününə həsr edilmiş "Soyqırım dəhşətlərini unutmayın" adlı dəyirmi masa təşkil edilib
Tədbir soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb.
Tədbirdə Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov, Mədəniyyət Mərkəzinin direktoru Zahidə Həsənova, Mədəniyyət Mərkəzinin metodisti Məfrubə Mehdiyeva erməni vandallarının tarix boyu Azərbaycanlılara qarşı törətdiyi misli görünməmiş soyqırımlardan danışıblar.