30.03.2023
Martın 30-da Tovuz rayon Aşıq Ə.Cəfərov adına Mədəniyyət Mərkəzinin və Tovuz Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə 31 Mart Azərbaycanlıların soyqrım günü ilə bağlı "Tale yükümüzün bir parçası" adlı dəyirmi masa təşkil olunub. İlk öncə çıxış edən Mədəniyyət Mərkəzinin metodisti Qabil Namazov bildirib ki, bəşər tarixində Azərbaycanlılar bir çox soyqrımlara məruz qalıb. 31 mart soyqrımıda bunlardan sadəcə biridir. Ermənilər yenə də qoca, uşaq, qadın demədən diri-diri divara mıxlamış, qarınlarını yırtmış, qulaqlarını kəsmişlər.Daha sonra tədbir digər iştirakçıların çıxışları ilə davam etdirilib.