30.03.2023
Martın 30-da Qazax Tarix-Diyarşünaslıq Muzeyində bəşər tarixində ən qanlı faciələrdən biri 1918-ci ilin 31 Mart Soyqırımının anım günü ilə əlaqədar "Qanlı faciə" adlı dəyirmi masa keçirilib.
Tədbirdə Qazax şəhər S. Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin şagirdləri iştirak edib.
Tədbirdə muzeyin bələdçisi Arzu Alıyeva çıxış edərək bildirib ki, erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirmiş, on minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandlrmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtmışlar.