03.04.2023
3 aprel 2023-cü il tarixində Tovuz Mədəniyyət Mərkəzində, Tovuz Mədəniyyət Mərkəzinin və Tovuz Dövlət Rəsm Qalereyasının birgə təşəbbüsü ilə Aprel döyüşlərinə həsr olunmuş rəsm sərgisi keçirildi. Sərgidə Mədəniyyət Mərkəzinin və Qalereyanın əməkdaşları, o cümlədən rəsm dərnəyinin üzvləri də iştirak etdi.