20.04.2023
20 aprel 2023-cü il tarixində Ağstafa rayon Mərkəzi Kitabxananın və Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Ramazan bayramı ilə əlaqədar olaraq “Ramazan islamın rəmzidir” mövzusunda tədbir təşkil edilib.
Tədbirdə insanlarda vəhdət və humanizm duyğularını, Allah və vətən sevgisini daha da gücləndirən Ramazan bayramı haqqında qısa məlumat verilib. Hər il olduğu kimi, bu il də Ramazan bayramı bütün xalqımız tərəfindən böyük ruh yüksəkliyi və könül xoşluğu ilə qeyd edilir. Bu əziz bayram günlərində xalqımızı və ölkəmizdən kənarda yaşayan soydaşlarımızı təbrik edir, hər birininə firavanlıq, xoşbəxtlik, ruzi- bərəkət arzulandı.