Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa Regional Mədəniyyət İdarəsi üzrə İdarəyanı Şura iclası keçirildi.

08.10.2018

İclasda Şura üzvləri, İdarə aparatının məsul işçiləri və Ağstafa, Qazax və Tovuz rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisə rəhbərləri iştirak etdilər və 2018-ci ilin yanvar-sentyabr ayları ərzində görülmüş işlər müzakirə edildi.

İclası İdarənin rəisi Ramiz Quliyev giriş sözü ilə açaraq gündəlikdə duran məsələləri hər kəsin diqqətinə çatdırdı və 2018-ci ilin yanvar-sentyabr ayları ərzində görülmüş işlər barədə geniş məruzə ilə çıxış etdi. Ramiz müəllim daha sonra Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini və Hüquq və daxili nəzarət şöbəsinin müdiri Namiq Qulamov və Regional Siyasət şöbəsinin müdiri Pərviz İsgəndərlinin 05.10.2018-ci il tarixdə Ağstafa Regional Mədəniyyət İdarəsində keçirdikləri monitorinq zamanı göstərilən iradlar və tövsiyyələrin icrası barədə məlumat verdi.

Eyni zamanda R.Quliyev qarşıda duran vəzifələrdən, regional idarələr və mədəniyyət müəssisələri arasında qarşılıqlı təcrübə mübadiləsindən,  nəzərdə tutulan layihələrdən mədəniyyət müəssisələrində olan ödənişli və ödənişsiz xidmətlərdən və onların fəaliyyət istiqamətlərindən danışdı. Ödənişli dərnəklərin yaradılması və kursların açılması üzrə aidiyyati şəxslərə göstəriş verdi.

Daha sonra İdarənin rəis müavini Gülgün Kərimov, İdarənin məsləhətçisi P.Məmmədova və Ağstafa, Qazax və Tovuz rayonlarında fəaliyyət göstərən müəssisələrin rəhbərləri 2018-ci ilin yanvar-sentyabr ayları ərzində gördükləri işlər və keçirdikləri tədbirlər barədə hesabatlarını verdilər.