Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

15 noyabr 2017-ci il tarixdə Qazax rayon Mədəniyyət Mərkəzində “Yeniyetmə və gənclərin zərərli vərdişlərin, dini radikalizmin təsirindən qorunması” mövzusunda dəyirmi masa keçirildi.

15.11.2017

Qazax rayon Mədəniyyət Mərkəzində keçirilən dəyirmi masada Mədəniyyət Mərkəzinin,  Mərkəzi Kitabxananın, Rəsm qalereyasının, M.P.Vaqif və M.V.Vidadinin xatirə muzeyinin, Tarix diyarşünaslıq muzeyinin  işçiləri və Qazax Cümə Məscidinin əməkdaşı Xətai İsmayılov  iştirak edirdi. Tədbiri giriş sözü ilə Mədəniyyət Mərkəzinin mədəni təşkilatçısı Nailə Əliyeva açaraq bildirdi ki,Azərbaycan Respublikasının İnsan Hüquqları  üzrə Müvəkkili (Ombudsman) tərəfindən BMT-nin İnsan hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü  və 20 noyabr - Dünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması vəziyyətinin daha da yaxşılaşdırılmasıdır. Bütün bu tədbirlərin əsas məqsədi hər bir uşağın, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqların - sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olan, qanunla ziddiyyətdə olan, qaçqın və məcburi köçkün uşaqların, miqrant ailələrindəki uşaqların hüquq və maraqlarının daha etibarlı təmin olunmasıdır və tövsiyə olunan bu tədbirlərin həyata keçirilməsi ölkəmizdə uşaq hüquqlarının daha etibarlı müdafiə olunmasına xidmət edəcəkdir.       Mədəniyyət Mərkəzinin direktoru Zahidə Həsənova məruzə ilə çıxış edərək bildirdi ki, ölkəmizdə hər il “Uşaq hüquqları aylığı” Mədəniyyət müəssisələrində də qeyd olunur. BMT-nin Uşaq Hüquqları Konvensiyasının icrasının təmin edilməsi istiqamətində Respublikamızda bir sıra tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda əhalinin müxtəlif qruplarının, o cümlədən də uşaq hüquqlarının müdafiəsi ilə bağlı təsbit olunan müddəalar uğurla həyata keçirilməkdədir. Qazax Cümə Məscidinin əməkdaşı Xətai İsmayılov çıxışında göstərdi ki, hər bir valideyn öz uşağının   təli-tərbiyəsi ilə beşikdən məşgul olmalıdır. Valideynlər uşaqlarını nəzarətsiz buraxmamalıdır. Hazırda hamı yaxşı bilir ki, dini pərdə altında çox zərərli vərdişlər təbliğ olunur.  Qeyd olunub ki,  İslam dinində uşaq hüququna böyük dəyər verilir. Belə ki, dinimiz insanların qəlbində  uşaqlara qarşı sevgi, rəğbət, mərhəmət və məhəbbət hislərini aşılayır. Tədbirdə Mədəniyyət  Mərkəzinin metodisti  Zülfiyyə Mürsəlova  qeyd etdi ki, uşaq hüquqlarının müdafiəsinə dövlət təminat verir. Bununla bağlı bir sıra mühüm qanunlar, dövlət proqramları qəbul edilib. Ölkəmizdə olan kimsəsiz uşaqlar  dövlət tərəfindən böyük qayğı ilə əhatə olunur, cəmiyyət üçün onların bir vətəndaş kimi böyüməsinə həmişə qayğı ilə yanaşır.  Həmçinin dini radikalizm və onun fəsadları, onun cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələri, habelə dini radikalizmə qarşı mübarizə metodları barədə tədbir iştirakçılarına ətraflı məlumat verilərək radikalizmin qarşısının alınmasında təhsilin önəmi xüsusi qeyd edilib.  Mərkəzi kitabxananın direktoru Solmaz Babanlı çıxışında bildirdi ki, milli-mənəvi dəyərlər hər bir xalqın özünəməxsusluğunun başlıca göstəricisidir. Bu dəyərlər bizim tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mədəniyyətimiz, ədəbiyyat və incəsənətimizdir. gənc nəslin milli-mənəvi dəyərlər əsasında tərbiyəsində kitabxanaların, tədris müəssisələrinin rolundan söz açdılar. Qeyd olundu ki, bu gün kitabxanaçıların üzərinə düşən vəzifələrdən biri də böyüməkdə olan nəslə milli-mənəvi dəyərlərimizi, mədəniyyətimizi, zəngin tariximizi layiqincə təbliğ etməkdən ibarətdir. Yekunda milli-mənəvi dəyərlərimizin qorunmasında yeniyetmə və gənclərin üzərinə düşən mühüm vəzifələr barəsində fikir mübadiləsi aparıldı.