Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uşaqlar sabaha olan ümidimizdir

15.11.2023

Noyabrın 15- də Tovuz rayon Qovlar şəhər Uşaq Musiqi Məktəbində Azərbaycan Respublikasının İnsan hüquqları üzrə BMT-nin Uşaq hüquqları haqqında Konvebsiyasının qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr- 20 noyabr tarixləri ölkəmizdə " Uşaq hüquqları aylığı" ilə bağlı "Uşaqlar sabaha olan ümidimizdir" adlı tədbir təşkil olunub. Tədbirdə çıxış edən məktəbin direktoru Vəfa Kərimova bildirib ki, Konvensiya BMT Baş Assambleyası tərəfindən 20 noyabr 1989- cu il tarixində qəbul olunmuş və 1990- cı ilin sentyabrında qüvvəyə minmişdir. Bu Konvensiyada nəzərdə tutulan bütün hüquqlar heç bir ayrı seçkiliyə yol vermədən təmin edilir. 18 yaşına çatmamış olan şəxs uşaq sayılır. Konvensiya uşaqların insan hüquqlarının bütün növlərini mülki, siyasi, iqtisadi sosial və mədəni bir sənəddir.