Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafada ”Uğurlu kütləvi nəşrlər” başlıqlı kitab sərgisi təşkil edilib

12.01.2024

12 yanvar 2024-cü il tarixdə Ağstafa rayon MKS-nin Oxuculara Xidmət şöbəsi Azərbaycan Respubıikasının Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamı ilə əlaqədar olaraq "Uğurlu kütləvi nəşrlər" başlıqlı kitab sərgisi təşkil edib. Sərgidə Ağstafa rayon 1 sayli tam orta məktəbin müəllim, şagird kollektivi, kitanxanaçılar və fəal oxucular iştirak edib. Xidmət şöbəsinin əməkdaşı Laçın Məhərrəmova tədbir iştirakçılarına yeni nəşr olunmuş kitablar haqqında geniş məlumat verib.