Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək!”

12.01.2024

Yanvarın 12-də Tovuz Peşə liseyində Tovuz rayon Mərkəzi kitabxananın və Tovuz Peşə liseyinin birgə təşkilatçılığı ilə Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə ilə əlaqədar "Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək!" mövzusunda gənclərlə təbliğat xarakterli görüş təşkil edilib. Görüşdə Tovuz rayon polis şöbəsinin, Tovuz rayon Gənclər və İdman sektorunun əməkdaşları da iştirak ediblər.

Görüş zamanı gənclərə narkotik vasitələrin insan orqanizminə, psixologiyasına vurduğu olduqca mənfi təsirləri barədə geniş məlumat verilib, həmçinin mövzu ətrafında qarşılıqlı diskusiya xarakterli söhbətlər aparılıb.