Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Dünya dəyməz göz yaşına”

11.01.2024

11 yanvar 2024-cü il tarixdə Qazax rayon MKS-nin E. Hüseynov adına Mərkəzi kitabxanası Əməkdar İncəsənət Xadimi, şair, kinodramaturq Baba Vəziroğlunun 70 illik yubileyinə həsr olunmuş “Dünya dəyməz göz yaşına” adlı şeir saatı təşkil edib. Tədbirdə bir qrup tələbə, fəal oxucu və kitabxana əməkdaşları iştirak edib. Şöbə müdiri Bəsdi Məmmədova “Humay” mükafatı laureatı, “Şöhrət” ordenli şair Baba Vəziroğlunun həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Qeyd edib ki, “nağıllara inana-inana”, “maraqlı ömür yaşayan” Şair zəngin və rəngarəng yaradıcılığında lirik şeirlərlə bərabər, Azərbaycanın görkəmli şəxsiyyətlərinin həyatına həsr etdiyi müxtəlif sənədli filmlərin ssenari müəllifi, məhsuldar tərcüməçi kimi də geniş fəaliyyət göstərmişdir. Onun mindən artıq şeirinə dillər əzbəri olan mahnılar bəstələnib. 

Tədbirdə kitabxanaın fəal oxucuları Baba Vəziroğlunun şeirlərindən seçmələr söyləyib, sözlərinə bəstələnmiş mahnılar ifa ediblər