15.01.2024
15 yanvar 2024-cü il tarixində Ağstafa Dövlət Rəsm Qalereyasında dövlət, siyasi-ictimai xadim, Milli Şuranın sədri, Xalq Cumhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyi ilə əlaqədar olaraq rəsm dərnək şagirdlərinin iştirakı ilə “Bir kərə yüksələn bayraq bir daha enməz!”başlıqlı dəyirmi masa keçirilib.Qalereyanın əməkdaşı Samirə Yolçuyeva şagirdlərə görkəmli dövlət və ictimai xadim haqqında ətraflı məlumat verib.