19.01.2024
19.01.2024 -cü il tarixində Gədəbəy rayon Slavyanka kənd Uşaq Musiqi Məktəbində 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş ,,Ağla, qərənfil, ağla,, mövzusunda dəyirmi masa keçirilmişdir. İlk öncə vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin direktoru İlham Zeynalov, müəllimlərdən Niyar Abdullayeva, Emil Əliyev, Esmira Abbasova və başqaları çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş qanlı cinayətdən, bu faciəni insanlığa qarşı amansız və dəhşətli hadisə olduğunu bildirdilər. Daha sonra tarın qəmli musiqi sədaları altında məktəbin şagirdlərinin ifasında qanlı faciəni əks etdirən serlər söylənildi .