06.11.2017
Uşaqlar bizim gələcəyimizdir.Gələcəyimizi nə cür tərbiyə edəriksə millətimizin,dövlətimizin gələcəyi bundan asılı olacaqdır.Hər bir xalqın ,dövlətin böyük və qiymətli sərvəti uşaqlardır.Uşağı sağlam,cəmiyyətə faydalı vətəndaş kimi böyütmək çətin və məsuliyyətli bir işdir. Ölkəmizdə uşaqlara daha yüksək qayğı göstərilir.Ulu öndərimiz H.Əliyevin təşəbbüsü ilə Azərbaycan 1994-cü ildə BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulmuş,uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanununu qəbul etmişdir. Hər bir uşağın şəxsiyyət kimi formalaşdırılmasında təhsilin rolu olduqca böyükdür.Ölkəmizdə uşaqların Vətənə,torpağa,xalqa məhəbbət ruhunda tərbiyəsi daim ön plana çəkilir. Bu gün dövlətimizin uşaqlara göstəriyidiyi diqqət və qayğı göz qabağındadır.Uşaqların sağlam böyüməsi,onların hərtərəfli inkişafı üçün Respublika Prezidenti İlham Əliyev tərəfindən qərar və sərəncamlar verilir.