16.11.2017
16.11.2017-ci il tarixdə Qazax Tarix- Diyarşünaslıq Muzeyində "Uşaq Hüquqlarının Müdafiəsi Milli mənəvi dəyərlərimizin tərkib hissəssidir" adlı tədbir keçirilmişdir.Tədbirdə mədəniyyət müəsssisələrinin işçiləri və 1 saylı tam orta məktəbin şagirdləri iştirak edirdilər. Tədbirdə Muzeyin direktoru Gülnaz Alişanova çıxış edərək bildirdi ki, iyunun 1 bütün dünyada Uşaqların Müdafiəsi günü kimi qeyd olunur. Bu təsadüfi deyil, çünki müasir dövrdə uşaqların problemlərinin həlli, onların hüquqlarının qorunması ən aktual məsələlərdən biridir. Uşaqlarda milli mədəniyyətimizə maraq, ümumbəşəri və milli dəyərlərin mənimsənilməsinə olan tələbat, bədii zövq və incəsənətə meyl cəmiyyət həyatında iştirakın formalaşmasına hərtərəfli yardım göstərilir. Bu işdə kütləvi informasiya vasitələrinin , mədəniyyət ocaqlarının- muzeylərin, teatrların, kitabxanaların, radio- televiziya kanallarının, nəşriyyatların rolu xeyli artmışdır.