Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Novruz : əzəli-əbədi bayramım

18.03.2024

18 mart 2024-cü il tarixdə Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin E. Hüseynov adına Mərkəzi kitabxanası Mədəniyyət Mərkəzinin akt zalında “Novruz : əzəli-əbədi bayramım” adlı tədbir keçirib.

Azərbaycanın milli adət-ənənələrini əks etdirən, bayramın simvolik atributları və Novruz Bayramına həsr olunmuş kitablar, sitatlarla bəzədilmiş xüsusi guşə yaradılıb. Tədbiri giriş sözü ilə açan Qazax rayon MKS-nin direktoru Fəridə Xudiyeva xalqımızın ulu və əbədi bayramının əsrlərin sınağından çıxan tarixindən, onda Azərbaycan xalqının milli ruhunun, zəngin daxili aləminin yaşandığından, işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etdiyindən söhbət açıb. Qeyd edib ki,bu ilki Novruzun xalqımız üçün xüsusi əhəmiyyəti ondan ibarətdir ki, Vətən, torpaq, yurd həsrətinə son qoyulub, bütöv Azərbaycan torpaqlarında - Şuşada, Cıdır düzündə, Xankəndidə, buz bağlamış torpaqlarına oyanışlıq gələn Xocalıda... Novruz tonqalları çatılır. 

Milli kimliyimizin təsdiqi, bolluq, bərəkət, sevinc simvolu olan qədimliyi qədər də müasir Novruzun gəlişini yüksək ruhla qarşılayan milli geyimlərlə, əcdadlarımızın əmanəti olan butalı kəlağayılarla bəzənən əməkdaşlar şən mahnılar və rəqslər ifa edib, yumurta döyüşdürüb, Novruza həsr olunmuş bayatılar, tapmacalar söyləyiblər.