12.03.2024
12.03.2024-cü il tarixində Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbi Qazax şəhər Mədəniyyət Mərkəzinin qarşısında məktəbin şagirdləri ilə birlikdə Novruz bayramının üçüncü çərşənbəsi olan el arasında "Küləkli çərşənbə" deyilən Yel çərşənbəsini qeyd elədi. Etiqadlara görə, bu çərşənbədə oyanan yel və külək dünyanı dolaşır, oyanmış suyu, odu hərəkətə gətirir, hər şeyə yeni nəfəs verir. Ona görə bu çərşənbəyə xalq arasında "yelli-küləkli" çərşənbə deyirlər.
Yel çərşənbəsində əsən isti, soyuq küləklər yazın ilıq nəfəsini, hənirtisini, təravətini gətirir.