Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qan yaddaşımız

30.03.2024

Martın 30- da Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi Tovuz rayon Qovlar şəhər Uşaq Musiqi Məktəbində 31 mart- Azərbaycanlıların Soyqrımı günü ilə bağlı "Qan yaddaşımız" adlı tədbir təşkil olunub. İlk öncə çıxış edən məktəbin direktoru Vəfa Kərimova qeyd edib ki, 1918- ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər. Bu soyqrım nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülmüş, on minlərlə insan itkin düşmüşdür.Həmin dəhşətli günlərin şahidi olmuş Kuler familiyalı bir alman 1925- ci ildə Bakı hadisələri barədə bunları yazmışdır. "Ermənilər müdəlman məhəllərinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə- deşik edirdilər. Bundan başqa uşaqlara acımadıqları kimi, yaşlılara da qadınlara da rəhm etməmişdilər.