29.03.2024
29 mart 2024-cü il tarixində Tovuz rayon Mərkəzi kitabxanası Tovuz Regional "Asan Xidmət" Mərkəzində 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar "Tarixi həqiqətlər" mövzusunda dəyirmi masa təşkil edib.
Tədbirdə çıxış edənlər erməni millətçilərinin tarixin müxtəlif mərhələlərində mifik "Böyük Ermənistan" yaratmaq xülyasını gerçəkləşdirmək məqsədi ilə azərbaycanlılara qarşı törətdikləri qanlı faciələrdən biri olan Mart Soyqırımının öz amansızlığı və miqyasına görə ən dəhşətlisi olduğunu qeyd ediblər. Belə ki, bu soyqırım zamanı 12 minə yaxın azərbaycanlı xüsusi amansızlıqla qətl edilmiş və itkin düşmüşdür.