18.03.2024
Tovuz rayon Aşıq sənəti Dövlət Muzeyində Azərbaycan xalqının milli adət ənənələrini özündə birləşdirən xalqımızın qədim bayramı olan Novruz bayramı qeyd olunub.
Tədbirdə şəhid ailələri, mədəniyyət işçiləri və rayon ictimaiyyəti iştirak edib.
Bayram şənliyində uşaqların ifasında maraqlı ədəbi-musiqili proqram nümayiş olunub. Novruza, baharın şəninə şeirlər, mahnılar,rəqslər ifa edilib, səhnəciklər göstərilib.
Tədbirdə uşaqların rəngarəng rəqsləri maraqla izlənib. Uşaqlar Dədə Qorduq və Bahar qız, keçəl və kosa obrazlarını canlandıraraq şənliyi daha da yaddaqalan ediblər.
Bayram tədbiri şən rəqslərin ahəngi ilə yekunl
aşıb.