Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuzda 18 Aprel - Abidələrin Mühafizəsi günü qeyd olundu

18.04.2024

18 aprel 2024-cü il tarixdə Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi Tovuz rayonu üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə 18 aprel Beynəlxalq abidələr və tarixi yerlər günü ilə əlaqədar Tovuz rayonunda yerləşən bir sıra tarixi abidələrə yürüş və ekskursiya təşkil edilmişdir. "Tarixin izi ilə" adlı əlamətdar gün ənənəvi olaraq rayonumuzda mədəni irsi yaşadan məkanlarda, mədəniyyət qoruqlarında, tarixi abidələrdə çeşidli tədbirlər, sərgilər, ekskursiyalarla qeyd olunur.

Tədbir iştirakçıları ilə Tovuz rayonunda yerləşən abidələrin öyrənilməsi məqsədilə gələcəkdə Azərbaycan Milli Elmlər Akademiyasının gənclərinin tədqiqatlarından səmərəli istifadə haqqında da müzakirələr aparıldı.