18.04.2024
18.04.2024- cü il tarixində Şəmkir Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq abidələr günü münasibətilə „Abidələr tarixin yaddaşıdır" mövzusunda stasionar sərgi açılmışdır. Sərgi Şəmkir rayonu ərazisindəki tarixi abidələrə həsr olunmuşdur. Tədbirdə rayonun Yaşar Əsgərov adına Mahmudlu kənd tam orta məktəbinin və Qalib Mirzəməmmədov adına Sərxan tam orta məktəbinin 40 nəfər VI – IX sinif şagirdləri və dərnək rəhbərləri iştirak etmişdir. Muzey əməkdaşları Şəmkir rayonundakı tarixi abidələr haqqında şagirdlərə geniş məlumat vermişdir.