Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuzda ”Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı ağacəkmə aksiyası keçirilib

17.04.2024

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verməkdədir. Sərəncamda Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində məqsədyönlü işlər aparılır. Tovuz rayonunda da bu məsələlər daimi diqqətdədir.17 aprel 2024-cü il tarixdə Tovuz rayon Mədəniyyət müəssisələrinin təşkilatçılığı ilə Nizami adına Mədəniyyət evinin ərazisində, “Yaşıl dünya naminə həmrəylik  ili” ilə bağlı ağacəkmə aksiyası keçirilib.