Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

23 Aprel - Beynəlxalq Kitab və Müəlliflik Hüququ Günü Ağstafa rayon Yazıçılar evində qeyd olundu

23.04.2024

23 Aprel - Beynəlxalq Kitab və Müəlliflik Hüququ Günü Ağstafa rayon Yazıçılar evində qeyd olundu

"Həcmcə kiçik, dəyərcə böyük mənəvi sərvət" adlı tədbirdə Ağstafa rayon İcra Hakimiyyətinin əməkdaşları, yerli yazarlar, mədəniyyət müəssisələrinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ağstafa rayon MKS- nin direktoru Solmaz Nağıyeva tədbiri açaraq qeyd etdi ki, 23 Aprel - Beynəlxalq Kitab və Müəlliflik Hüquqları Günü haqqında qərar 1995 - ci ildə Parisdə UNESCO - nun Baş konfransında qəbul olunub və 1996 - cı ildən etibarən isə bu əlamətdar gün bütün dünyada qeyd olunur. Bu əlamətdar günün qeyd olunmasında məqsəd kitabların geniş əhatə dairəsini - kecmiş və gələcək, nəsillər və mədəniyyətlər arasında körpü olduğunu ictimaiyyətin diqqətinə bir daha çatdırmaqdır.Azərbaycanda isə 23 Aprel -Beynəlxalq Kitab və Müəlliflik Hüquqları Günü 1997 - ci ildən qeyd olunur.Tədbirdə AYB- nin üzvləri şair Qurban Həmidoğlu , Bəyaz Əliyeva, Arif Musayev,Nəriman Mehdixanlı, Aydın İbrahimoğlu və digərləri bu ələmətdar gün haqqında ətraflı cıxış edilər,müəllifi olduqları şeirləri səsləndirdilər. Sonda mövzuya uyğun təşkil olunmuş kitab sərgisinə baxış oldu.