Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Unutma! Hər sirrin açarı kitablardadır!

23.04.2024

23 aprel 2024-cü il tarixdə Qazax rayon MKS-nin E. Hüseynov adına Mərkəzi kitabxanası Qazax Şəhər Səməd Vurğun adına İstirahət Parkında 23 Aprel Beynəlxalq Kitab və Müəllif Hüquqları Gününə həsr olunmuş ”Unutma! Hər sirrin açarı kitablardadır!” adlı səyyar sərgi təşkl edib. YUNESKO-nun 1996-ci il tarixli qərarı ilə hər il bütün dünyada 23 Aprel Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü kimi qeyd edilir. Müasir oxucularda kitaba məhəbbət, onlarda kitab mütaliəsinin, oxu mədəniyyətinin formalaşdırılması məqsədi ilə təşkil olunan sərgidə müxtəlif elm sahalərinə, mövzulara həsr olunmuş kitab və kitabçalar geniş oxucu kütləsinə təqdim olunub